Prezident işsizlikdən sığorta və məşğulluqla bağlı fərman imzalayıb

Prezident işsizlikdən sığorta və məşğulluqla bağlı fərman imzalayıb

Dövlət başçısı əlilliyi olan şəxslərin hüquqları haqqında da qərar verib

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli 213 nömrəli və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1483-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 mart tarixli 584 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

 

1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1516; 2018, № 12 (I kitab), maddə 2579) 2.3-cü bəndinə “13.1-ci,” sözlərindən sonra “13.1-1-ci,” sözləri əlavə edilsin.

 

2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1499, № 11, maddə 2239) 2.4-cü bəndinə “32.3-cü” sözlərindən sonra “, 32-1-ci” sözləri əlavə edilsin.

 

3. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1683) 2.20-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.21-ci bənd əlavə edilsin:

 

“2.21. həmin Qanunun 8.0.16-cı maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.

Müəllif: Ayna.az      3 İyul 2019 18:02
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar