Milli Məclisin növbədənkənar sessiyasının çağırılma səbəbi bəlli oldu

Milli Məclisin növbədənkənar sessiyasının çağırılma səbəbi bəlli oldu

Deputatlar iyulun 9-da keçiriləcək sessiyada 38 məsələni müzakirə edəcəklər

 

Milli Məclisin növbədənkənar sessiyasının hansı səbəbdən çağırıldığı bəlli olub. AYNA xəbər verir ki, deputatlar iyulun 9-da keçiriləcək sessiyada 38 məsələni müzakirə edəcəklər.

 

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında" qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

 

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxacaqlar.

Müəllif: Ayna.az      3 İyul 2019 17:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin