Paytaxtda döyüşə yararlı qumbara aşkarlanıb, ərazi xüsusi nəzarətə götürülüb

Paytaxtda döyüşə yararlı qumbara aşkarlanıb, ərazi xüsusi nəzarətə götürülüb

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. AYNA FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunublar.

 

XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır.

 

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.

Müəllif: Ayna.az      3 İyul 2019 13:47
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar