Bakıda işıqfor böhranı genişlənir

Bakıda işıqfor böhranı genişlənir

Paytaxt küçələrində işıqforlar işləmir

 

Səhər saatlarında elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsindəki işıqforların işi bərpa olunub.

 

Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

S.Vurğun küçəsinin N.Yusifbəyli küçəsi ilə, N.Yusifbəyli küçəsinin X.Şuşinski küçəsi ilə, Azadlıq prospektinin N.Yusifbəyli küçəsi ilə, C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində isə işıqforlar işləmir. 

 

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Müəllif: Ayna.az      3 İyul 2019 11:41
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar