Azərbaycan millisinin üzvü “Dinamo”ya getdi

Azərbaycan millisinin üzvü “Dinamo”ya getdi

Futbolçumuz Rusiya klubunu seçib

 

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev yeni klub ilə müqavilə imzalayıb. AYNA xəbər verir ki, 23 yaşlı hücumçu Rusiyanın “Dinamo” futbol klubu ilə müqavilə imzalayıb.

 

Futbolçu klubun rəsmi saytına açıqlama verərək deyib ki, “Dinamo” klubundan gələn təklif barəsində düşünüb və qərar verib.

“Çox şadam ki,  “Dinamo” kluba kömək edim və  Premyer Liqada yaxşı yer tutaraq avrokuboklara yüksəlsin. Danışıqlar uzun çəkmədi. Valideynlərimlə danışdım, bir az düşündüm və buradayam. Qarşıma hansısa xüsusi məqsəd qoymamışam, hər bir hücumçunun əsas hədəfi rəqib qapısıdır. Arzum  və məqsədim “Dinamo”nu irəli aparmaqdır” - deyə futbolçu bildirib.

Müəllif: Ayna.az      3 İyul 2019 11:30
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar