Küçük İskender vəfat etdi - “Bir vergül kimi dayanır insan...”

Küçük İskender vəfat etdi -     “Bir vergül kimi dayanır insan...”

Türkiyə müasir poeziyasının nəhəng imzalarından biri - Küçük İskender vəfat edib.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən il xərçəng diaqnozu qoyulan məşhur şair Paşabahçe Dövlət Xəstəxanasında gecə saatlarında həyata gözlərini yumub. Əsl adı Derman İskender Över olan şair 55 yaşında vəfat edib.

 

Küçük İskender 1964-cü ildə İstanbulda doğulub. 1985-ci ildən günümüzə qədər məhsuldar yaradıcılıq yolu keçib. O, bir sıra şeir, hekayə və romanların müəllifidir. 1996-cı ildə çəkilən “Ağır Roman” filmində, 2003-cü ildə çəkilən “O şimdi asker” filmində canlandırdığı obrazlarla aktyor kimi də tanınıb.

 

Şeirləri dillər əzbəri olan Küçük İskenderin cənazəsi iyul ayının 4-də, Ortaköy Böyük Mecidiye Camisində keçirələcək vida mərasimindən sonra torpağa tapşırılacaq.

 

Küçük İskenderin şeiri – “Yalnızlıq”

(tərcümə: Orxan Bahadırsoy)

 

Davranışlarını sürdürəcəkmiş yalnızlıq,

elə yazır gecənin ilk səhifəsində, inan!

Kədər və sevincin arasında,

hıçqırıq tutmuş bir vergül kimi

dayanır insan...!

Ordakı kəlmələrdən ayrı,

ordakı mənalardan uzaq!

Çöllərə yağması gözlənilən

ilk dolu kimi hazırdır

əlimdəki canlı bıçaq.

Müəllif: Ayna.az      3 İyul 2019 11:17
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar