Quldur pula deyil, evdəki qadına tamah salıb

Quldur pula deyil, evdəki qadına tamah salıb

Qadının müqaviməti ilə üzləşən basqınçı onu bıçaqlayaraq evi tərk edib

 

Türkiyənin Kəpəz rayonunda qəribə quldurluq hadisəsi baş verib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, günün günorta vaxtı bir kişi, yataq xəstəsi olan qohumu ilə birlikdə yaşayan Nebahat A. Adlı qadının evinə basqın edib.

 

Qadın basqınçıya cəmi 1000 lirə plunun olduğunu deyib və pulu kişiyə təklif edib. Lakin basqınçı, əslində pulu deyil, qadını istədiyini deyib və ona təcavüz etmək istəyib.

 

Nebahat A-nın müqaviməti ilə üzləşən basqınçı qadını bıçaqlayaraq evi tərk edib. Nebahatın qışqırığına qonşular gəlib və ağır yaralı olan qadını xəstəxanaya çatdırıblar.

 

Qadın təcili əməliyyat olunub. Polis isə hadisəni törədən şəxsin axtarışlarına başlayıb.

Müəllif: Ayna.az      2 İyul 2019 22:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar