Bakı metrosunda rus qatarları şütüycək - FOTO

Bakı metrosunda rus qatarları şütüycək -     FOTO

Qatarın baş vaqonu 38, orta vaqonu isə 44 oturacaqlıdır

 

Bu gündən etibarən Bakı metrosunda Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 10 vaqondan ibarət iki qatar xəttə buraxılıb.

 

Bu barədə AYNA-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi texnoloji innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsub 81-765.B/766.B modelli vaqonların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovatdır.  Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur.

 

Ümumən, qatarın baş vaqonu 38, orta vaqonu isə 44 oturacaqlıdır. Həmçinin baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına rahat çatdırılır. Vaqonların istismar müddəti 30 ildir.

 

Qeyd edək ki, "Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, 2019-cu il ərzində Bakı metropoliteninə daha 20 vaqon gətiriləcək.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      2 İyul 2019 15:52
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar