Türkiyəyə qarşı yeni cəbhə açılır, həm də Avropa İttifaqının maliyyəsi ilə

Türkiyəyə qarşı yeni cəbhə açılır, həm də Avropa İttifaqının maliyyəsi ilə

Avropa İttifaqının Yunanıstana Türkiyəyə qarşı duruş gətirə bilməsi üçün 50 milyon avroluq fond ayırdığı iddia olunur


Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında gərginləşən böhrandan sonra, yunan mediasında şok iddia yer alıb. AYNA xəbər verir ki, Yunanıstanın çox oxunan ingilisdilli qəzetlərindən olan "Ekathimerini", Avropa İttifaqının (Aİ) Avropa Komissiyası nəzdindəki Avropa Daxili Təhlükəsizlik Fondunun Yunanıstana Türkiyənin fəaliyyətini izləməsi üçün 50 milyon avroluq fond ayırdığını yazıb.

 

Qəzetin yazdığına görə, fondun quracağı yeni sistemlə yunan sahil mühafizə xidmətləri Egey dənizində 24 saat müşahidə apara biləcək: "Qaçaqmalçılıq və ya miqrant axını izləniləcək. Həmçinin Türkiyə sərhədini dəniz üzərindən pozanlar təqib ediləcək".

 

Fondun vəsaiti hesabına Yunanıstanın bölgədəki hərbi bazalarına 35 müşahidə stansiyası, o cümlədən 2 mobil stansiya quraşdırılacağı bildirilir. 2022-ci ildə başa çatdırılması gözlənilən sistemdə canlı yayım imkanı olacaq və göstəricilər Avropanın sərhəd agentliyi "Frontex" ilə paylaşılacaq.

Müəllif: Ayna.az      2 İyul 2019 15:11
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar