“Azərbaycan Dəmir Yolları”nın elektrovozu yanıb

“Azərbaycan Dəmir Yolları”nın elektrovozu yanıb

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Hacıqabul rayonunun Qızılburun kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovozun mühərriki və kabinə hissəsi 40 m² sahədə yanıb.

 

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      2 İyul 2019 14:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar