Azərbaycanda tanınmış şəxs qəzaya düşüb, vəziyyəti ağırdır

Azərbaycanda tanınmış şəxs qəzaya düşüb, vəziyyəti ağırdır

Hadisənin avtomobilin təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir

 

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA Virtualaz.org-a istinadən xəbər verir ki, “Hacı Mazan” kimi tanınan iş adamı, 1959-cu il təvəllüdlü, Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun “Range Rover” markalı avtomobili qəzaya uğrayıb.

Hadisə nəticəsində “Hacı Mazan” və sürücüsü, 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir. Faktla bağlı araşdırma aparılır.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, R.Zeynalov sağ budun sınığı və qapalı kəllə-beyin travması diaqnozu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İş adamının yaxınları onun Bakıdakı xəstəxanaların birinə köçürülməsini istəyib və o, hazırda paytaxtda gətirilir.

Müəllif: Ayna.az      2 İyul 2019 12:27
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar