Ağ Ev İranla bağlı son qərarını açıqladı

Ağ Ev İranla bağlı son qərarını açıqladı

“Onlar istədiyi kimi zənginləşdirilmiş uran limitini artıra bilməzlər”

 

ABŞ növbəti dəfə bəyan edib ki, İranının nüvə silahı istehsal etməsinə qarşıdır və buna qətiyyən icazə verilməyəcək. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

 

“ABŞ və müttəfiqləri İranın nüvə silahı istehsal etməsinə razı deyil. İran istədiyi kimi zənginləşdirilmiş uran limitini artıra bilməz. İranı idarə edən şəxslər zərərli əməllərindən əl çəkənə qədər ABŞ və müttəfiqlərinin təzyiqlərinə məruz qalacaqlar” – deyə açıqlama bildirilir.

 

Xatırladaq ki, İran hökuməti zənginləşdirilmiş uran limiti ilə bağlı dəyişiklik etdiyini, bu limitin 300 kq-dan daha çox olacağını açıqlayıb. Bu qərar rəsmi Vaşinqtonun sərt reaksiyasına səbəb olub.

Müəllif: Ayna.az      2 İyul 2019 12:10
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar