“Dövlət şirkətləri büdcəni talayır”

“Dövlət şirkətləri büdcəni talayır”

Natiq Cəfərli: “ASC-lər, QSC-lər ya özəlləşdirilməli, ya da uzunmüddətli müqavilələr ilə normal özəl şirkətlərə idarəetməyə verilməlidir”

 

““Azərenerji” ASC 2018-ci ili 307 milyon 335 min manat zərər ilə başa vurub, 2017-ci ili 602 milyon 873 min manat zərər ilə bağlamışdı. Yəni, 2017-2018-ci illərdə “Azərenerji”nin zərəri 1 mlrd. manata yaxın olub”.

 

AYNA xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli öz “Facebook” səhifəsində paylaşım edib. Yazıb ki, ASC-nin bu günə cəmi öhdəlikləri 2 mlrd. 527 mln. 840 manatdır ki, bunun da 1 mlrd. 707 mil. manatı, yəni, təqribən 1 mlrd. dolları kredit borclarıdır.

““Azərenerji” büdcədən hər il böyük miqdarda dotasiya alır, son iki ildə aldığı subsidiyanın miqdarı 196 mln. manatdır. Keçən il büdcəyə ödədiyi verginin həcmi isə cəmi 27 mln. manatdır, yəni ASC digər dövlət şirkətləri kimi rəsmən büdcəni “minib-çapır”,, – deyə o, bildirib.

 

Ekspertin sözlərinə görə, “Azərenerji”nin nədən ziyanla işlədiyini bilmək üçün keçmiş və indiki rəhbərliyinin villalarını, evlərini, obyektlərini, maşınlarını, taxdığı saatları görmək kifayətdir: “Dövlətin idarəetməsində olan bütün şirkətlər bərbad gündədir, korrupsiya, “otkat” və “şapka” yuvasıdır. Bu ASC-lər, QSC-lər ya tam, ya da qismən özəlləşdirilməli, ya da uzunmüddətli müqavilələr ilə normal özəl şirkətlərə idarəetməyə verilməlidir. Amma müqavilələr hər addımbaşı pozulmamalı, biznesə qanuni güvən verilməli, ədalətli məhkəmə sistemi təsis edilməlidir, yoxsa Hüseyn Arabulun taleyini heç kim yaşamaq istəməz”.

Müəllif: Ayna.az      2 İyul 2019 11:28
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar