Bakıda baş verən tükürpədici hadisənin anbaan görüntüsü – VİDEO

Bakıda baş verən tükürpədici hadisənin anbaan görüntüsü –           VİDEO

Fərhad Poladovun idarə etdiyi "Niva" markalı avtomobil əks yola çıxaraq “Hyundai” markalı maşınla toqquşub

 

MMA üzrə dünya və Avropa çempionu Fərhad Poladovun qəzaya düşmə anının görüntüsü yayılıb. AYNA xəbər verir ki, videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

 

Kadrda görünür ki, Fərhad Poladov idarə etdiyi "Niva" markalı avtomobil ilə əks yola çıxaraq “Hyundai” markalı maşınla toqquşub.

Xatırladaq ki, iyunun 29-da qaydasız döyüş üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb.  Hadisə Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü km-də yaşanıb.

 

F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq idmançını qurtarmaq mümkün olmayıb.

Müəllif: Ayna.az      2 İyul 2019 11:09
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar