İrandan təhlükəli açıqlama - Limiti aşdıq

İrandan təhlükəli açıqlama -     Limiti aşdıq

İran: "Nüvə silahı ilə bağlı limiti aşdıq"

 

ABŞ ilə İran arasında yüksələn gərginlik bu gün bir qədər də irəliləyib.  

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, İran rəsmiləri ölkədə nüvə silahı əldə etmək üçün istifadə edilən zənginləşdirilmiş uran ehtiyatının 300 kq-lıq məhdudiyyəti keçdiyini açıqlayıblar.

 

Rəsmilər bu məhdudiyyətin 2015-ci ildə P5+1 ölkələri ilə birlikdə imzalanmış müqaviləyə uyğun olan həddi aşdığını qeyd ediblər. 

 

Bununla da, Avropalı ölkələrinin 2015-ci ildəki nüvə sazişini qüvvədə saxlamaq cəhdlərinə baxmayaraq, İranın zənginləşdirilmiş uran ehtiyatları müqavilədə müəyyən olunan həddi keçib. 

 

İranın xəbər agentliyində yer alan xəbərə görə, bunun ardından "Reuters"ə məlumat verən iki İranlı mənbədən biri, "Daha əvvəl hücumlarımızın davam edəcəyini söyləmişdik, ehtiyatlarımız 300 kiloqramı keçdi" - deyə bildirib.

Müəllif: Ayna.az      1 İyul 2019 19:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar