DTX rəisi: “Onlar hərbin sirlərinə dərindən yiyələniblər”

DTX rəisi: “Onlar hərbin sirlərinə dərindən yiyələniblər”

Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib

 

Xəbər verdiyimiz kimi, iyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.

 

AYNA AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Sərəncamına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

Mərasim əsgərlərin meydana gəlməsi ilə başlayıb. Sonra döyüş bayrağı meydana gətirilib. Xidməti vəzifələrin icrası zamanı fərqlənən əsgərlərə Fəxri fərman, xatirə hədiyyələri və valideynlərinə təşəkkür məktubları təqdim olunub.

Bu günün Dövlət Təhlükəsizliyi Xidmətinin Əlahiddə Alayının şəxsi heyəti üçün əlamətdar gün olduğunu deyən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev həqiqi hərbi xidməti başa vuran əsgərləri və onların valideynlərini təbrik etdi, hərbi xidmət zamanı əsgərlərin hərbin sirlərinə dərindən yiyələndiklərini vurğulayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrin bütün qoşun növlərində olduğu kimi, bu hərbi hissədə də xidmətin yüksək tələblər səviyyəsində təşkili üçün hərtərəfli şəraitin yaradıldığını bildirib.

 

Tədbirin sonunda Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edən valideynlərlə görüşüb, onlarla söhbət edib.

Müəllif: Ayna.az      1 İyul 2019 15:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar