Dünyanın gözü önündə əsməcə tutan Merkel danışdı - VİDEO

Dünyanın gözü önündə əsməcə tutan Merkel danışdı -             VİDEO

Hökumət başçısı onun sağlamlığına görə narahat olanlara, "Yaxşıyam" - deyə cavab verib


Almaniyanın Baş Naziri Angela Merkel kameralar önündə iki dəfə ard-arda titrəməsinə münasibət bildirib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Merkel onun sağlamlığına görə narahat olanlara, "Yaxşıyam" - deyə cavab verib. 

 

Yaponiyadakı G-20 sammitində Almaniyanın xəbər agentliyinə açıqlama verən Merkel səhhətilə bağlı narahatlıqların qısa müddətdə aradan qalxacağına ümid etdiyini bildirib. Titrəməsinin səbəbini və həkimlər tərəfindən müayinə olunması barədə suallara isə Angela Merkel belə cavab verib: "Həkimə müraciət etməkçün ciddi səbəb yoxdur".

 

Qeyd edək ki, Merkelin cümə günü Berlindəki mərasimdə iki dəqiqə ərzində titrəməsi kameralara yansıyıb. Gələn ay 65 yaşını tamamlayacaq Baş Nazir titrəməsi dayanana qədər qollarını çarpazlayaraq gözləyib. Bu zaman ona uzadılmış suyu almaqdan belə, imtina edib. 

Xatırladaq ki, Merkelin bundan öncə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı da titrədiyi gözlərdən yayınmamışdı. O, bunun səbəbi olaraq isə susadığını göstərmişdi. 

Almaniyanın Baş Nazirini 2017-ci ildə Meksika səfəri zamanı da bir hərbi mərasimində əsməcə tutmuşdu. Bütün bunlara baxmayaraq, Merkelin mütəmadi olaraq tibbi müayinədən keçdiyi və səhhətində hər hansı problem olmadığı bildirilir. 

Müəllif: Ayna.az      1 İyul 2019 15:10
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar