Taliban Əfqanıstanda növbəti terror aktları törədib

Taliban Əfqanıstanda növbəti terror aktları törədib

Rəsmi məlumatlara görə 11 nəfər hadisənin qurbanı olub, 27 nəfər isə yaralanıb

 

Əfqanıstanın Maruf royonunda Taliban silahlılrı ardıcıl partlayışlar törədib. Terror aktı nəticəsində 11 nəfər həlak olub, 27 nəfər isə yaralanıb. Yaralananların Təhlükəsizlik Xidmətinin əməkdaşları olduğu bildirilib. 

 

AYNA Anadolu xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Qəndəhar Təhlükəsizlik Xidmətinin rəhbəri Tədin Xan məlumat verib. 

 

Məlumatda tərəflər arasında atışmada 21 Taliban yaraqlısının öldürüldüyü bildirilib. 

 

Taliban qruplaşmasının açıqlamasında isə hücum zamanı 57 hərbçi öldürüldüyü iddia edilir.

Müəllif: Ayna.az      30 İyun 2019 21:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar