Etirazçıları dəstəkləyən gürcü müğənni bir daha Rusiyada konsert verməyəcəyini bəyan edib

Etirazçıları dəstəkləyən gürcü müğənni bir daha Rusiyada konsert verməyəcəyini bəyan edib
"Hamınızı əmin edirəm ki, bir daha Rusiyada konsert verməyəcəyəm". AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanlı məşhur caz müğənnisi Nino Katamadze öz "Facebook" ünvanından paylaşıb. Müğənni həmçinin etirazçılarla həmrəy olduğunu bəyan edərək Gürcüstan hökümətindən Müdafiə Naziri Georgi Qaxariyanın istefasını tələb edib. Qeyd edək ki, məşhur gürcü bəstəkarı və müğənnisi Nino Katamadze iyun ayının 20-də Gürcüstanda antirusiya mitinqlərindən 2 gün sonra Moskvada caz festivalında iştirak edib. Nəticədə Gürcüstan ictimaiyyətinin tənqidlərilə üzləşib. Bundan sonra o etirazçılarla həmrəy olduğunu və bir daha Rusiyada konsert verməyəcəyini bəyan edib.
Müəllif: Ayna.az      30 İyun 2019 19:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar