Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçirib

Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçirib
Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Çanqilari (Qarabağlılar) kənd sakinləri magistral yol yaxınlığında etiraz aksiyası keçiriblər. AYNA Report-a istinadən xəbər verir ki, yerli sakinlər magistral yoldan kəndə gedən yolun bağlanmasına etiraz ediblər.Əraziyə polis əməkdaşları cəlb olunub. Kənd sakini Cəfər Rafiqoğlunun sözlərinə gör bu yaxınlarda magistral yolun kənarına dəmir konstruksiyalardan hasarlanma quraşdırılıb: “Magistral avtomobil yolundan kəndə qədər yol 100 ilə yaxın mövcud olub. Dəmir hasarlardan sonra kəndin magistral yolla əlaqəsi kəsilib. Magistral yolda piyada keçidi qoyulmayıb. Çanqilari kəndində 80-ə yaxın ailə yaşayır. Sakinlərin kəndə gediş-gəlişi olduqca çətinləşib. Yol bağlandığından şosseyə çıxmaq üçün bir neçə kilometr yol qət etmək tələb olunur. Avtobus və marşrut taksilər də kənd yaxınlığında saxlamırlar”- deyə məlumat verib. Çanqilari sakinləri kəndi magistral yolla birləşdirən yolun açılmasını tələb edirlər. Şida Kartli bölgəsinin qubernator müavini Simon Quledani Çanqilari kənd sakinləri ilə görüşüb. O, sakinləri narahat edən məsələnin Yollar Departamenti ilə müzakirə olunacağı və bir həftə ərzində cavabın veriləcəyini bildirib.
Müəllif: Ayna.az      30 İyun 2019 18:44
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar