Qəzaya düşən dünya çempionumuz vəfat edib

Qəzaya düşən dünya çempionumuz vəfat edib
Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Fərhad Poladov dünyasını dəyişib. AYNA Musavat.com-a istinadən xəbər verir ki, 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladov vəfat edib. O, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib. Qeyd edək ki, F.Poladov dünən günorta saatlarında "Koroğlu” metrostansiyasının yaxınlığında "Niva” markalı avtomobili ilə qəzaya düşmüşdü. Ağır xəsarətlər alan idmançının həyatını qurtarmaq mümkün olmayıb.
Müəllif: Ayna.az      30 İyun 2019 15:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar