Azərbaycanda keçmiş nazir cərimələndi və özündən çıxdı: “Bu, nə biabırçılıqdır?”

Azərbaycanda keçmiş nazir cərimələndi və özündən çıxdı: “Bu, nə biabırçılıqdır?”

Sirus Abasbəyli: “İndi neynəyək, Bulvara çıxmayaq?”

 

Azərbaycanın keçmiş rabitə naziri Sirus Abasbəyli dünən gecə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən cərimələnib. AYNA turkustan.info-ya istinadən xəbər verir ki, bu barədə sabiq nazir sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, gecə saat 22.00 radələrində avtomobilini saxlayıb. Bir saat sonra telefonuna 20 AZN cərmələndiyi barədə BNA-dan mesaj gəlib: “Bilmirəm, hara müraciət edəm. Ona görə ümumi müraciət etməyi qərara aldım. SMS vasitəsilə məlumat aldım ki, cərimə olunuram”.

 

“Gecə saat 10 radələrində maşını Azadlıq meydanında saxlayıb, Bulvarda gəzməyə çıxdım. Bir saatdan sonra evə gəldim, telefona baxdım ki, 20 manat cərimə yazılıb. Bu, nə haqq-hesabdır, qanunsuzluqdur? Gecə saatlarında mən hansı nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törətmişəm” – deyə keçmiş nazir narazılığını ifadə edib.

 

“Azadlıq meydanına 10-15 nəfər lal-kar yığmışdılar, zorla 1 manat parkinq pulu alırdılar. Onlara qarşı ölçü götürə bilmədilər. Heyfini biz sürücülərdən çıxırlar. İndi neynəyək? Bulvara çıxmayaq? Bu, nə biabırçılıqdır? Yoxsa hamılıqla cənab Prezidentə müraciət edək? Məgər Prezidentin işi-gücü yoxdur ki, belə xırda məsələlərlə məşğul. Hər qurum öz işi ilə məşğul olmalıdır” – deyə Abasbəyli gileylənib.

Müəllif: Ayna.az      30 İyun 2019 15:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar