Donald Tramp heç bir ABŞ liderinin atmadığı addımı atdı

Donald Tramp heç bir ABŞ liderinin atmadığı addımı atdı

“Mən Şimali Koreya liderini ölkəmə - Ağ Evə dəvət edəcəyəm”

 

ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında görüş olub. AYNA xarici mətbuata istinadən xəbər ki, görüş Cənubi və Şimali koreyaların sərhədindəki “silahsızlandırılmış bölgə”də baş tutub.

 

Tramp görüş zamanı sərhədin Şimali Koreyaya aid ərazisinə keçərək, bu addımı atan ilk ABŞ Prezidenti olub.

İki lider "silahsızlandırılmış bölge"de el sıkışırken, Trump sınırın Kuzey Kore tarafına geçerek bu ülke topraklarına adım atan ilk ABD başkanı olub. Kim Çen In Ağ Ev rəhbərinin bu gedişi “arzuolunmaz keçmişin üstündən xətt çəkəcək cəsarətli bir addım” kimi qiymətləndirilib.

 

Tramp da Şimali Koreya torpağına ayaq basan ilk Amerika rəhbəri olmaqdan qürur duyduğunu dilə gətirib və Kim Çen In ilə dostluq qurmağın məmnuniyyətini ifadə edib.

 

Görüşdən sonra jurnalistlərə açıqlama verən Tramp, ikitərəfli münasibətlərin inkişafı üçün daha bir cəsarətli addım atacağını bəyan edib: “Mən Şimali Koreya liderini ölkəmə - Ağ Evə dəvət edəcəyəm”.

 

Kim Çen In isə Donald Trampın Şimali Koreya sərhədinə gəlməsi xəbərindən təəccübləndiyini bildirib: “Mən sizin "Twitter"dən səsləndirdiyiniz görüş təklifindən xəbər tutanda çox təəccübləndim və yalnız gecəyarı sizin təklifinizi qəbul edə bildim”.

Müəllif: Ayna.az      30 İyun 2019 12:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar