Bakıda belə "avtoş"lar da var - VİDEO

Bakıda belə "avtoş"lar da var -          VİDEO

Avtomobildən düşərək görüntünü qeydə alan sürücüyə qarşı qərəzli hərəkətlər edib

 

Ayna xəbər verir ki, Bakıda qaydalar pozan daha bir sürücü barədə "avtosfer.az" saytına şikayət daxil olub.

 

Şikayətçinin qeydə aldığı görüntülərdən aydın olur ki, iyunun 28-də paytaxtın Azadlıq prospektində hərəkət edən zaman, sağ zolaqdan sol zolağa yerdəyişmə edən 99-RA-037 qeydiyyat nişanlı "Hyundai Sonata" markalı avtomobilin sürücüsü onun hərəkətinə mane olub.

 

 

Sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalı verən zaman, qayda pozan sürücü qəfil tormoz verərək hərəkəti məhdudlaşdırıb və avtomobildən düşərək görüntünü qeydə alan sürücüyə qarşı qərəzli hərəkətlər edib.

Müəllif: Ayna.az      29 İyun 2019 22:43
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar