Tbilisidə "Azadlıq yürüşü" keçirilir

Tbilisidə "Azadlıq yürüşü" keçirilir

Yürüşçülərin əsas tələbi Daxili İşlər naziri Girogi Qaxarianın istefasıdır

 

Gürcüstanda müxalifət partiyaların və ictimai birliklərin yürüşü başlayıb. AYNA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Birinci Respublika meydanından başlayan yürüş Azadlıq meydanına qədər davam edəcək və parlament qarşısında sayca 10-cu aksiya ilə başa çatacaq. Etirazçıların əsas tələbi daxili işlər naziri Girogi Qaxarianın istefasıdır. Yürüşlə bağlı artıq Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Aksiyayaya qatılmaq üçün bölgələrdən də xeyli sayda iştirakçı qatıldığı bildirilir.

 

Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Buna etiraz olaraq  insanlar parlament binasının qarşısına toplaşaraq aksiya keçiriblər. Aksiyanın dağıdılması üçün polis güc tətbiq edib. Bu səbəbdən polis zorakılığına etiraz edən Gürcüstan vətəndaşları Daxili İşlər nazirinin istefasını israr edirlər.

Müəllif: Ayna.az      29 İyun 2019 20:11
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar