Şəhid hərbçimizin medalı atasına təqdim edilib

Şəhid hərbçimizin medalı atasına təqdim edilib

Tərtər rayonu istiqamətində şəhid olan hərbçimiz Elşən Vüqar oğlu Xəlilov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib

 

Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

 

AYNA xəbər verir ki, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev medalı şəhidin atası Vüqar Xəlilova təqdim ediblər.

 

Qeyd edək ki, Elşən Xəlilov iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müəllif: Ayna.az      29 İyun 2019 18:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar