"İran nüvə razılaşmasından çıxmamalıdır"

"İran nüvə razılaşmasından çıxmamalıdır"

Fransa prezidenti ABŞ-İran gərginliyindən danışıb

 

“Birinci hədəfimiz iki ölkə arasındakı gərginliyi bitirməkdir. Avropa ölkələri İranın nüvə silahına sahib olmağının düzgün olmadığını düşünürlər. Buna görə də İran nüvə razılaşmasından çıxmamalıdır”.

 

Bu sözləri Yaponiyanın Osaka şəhərində keçirlən “Böyük iyirmilik” (G-20) sammitindən sonra mətbuat konfransı təşkil edən Fransa Prezidenti Emanuel Makron ABŞ və İran arasındakı gərginliklə bağlı dilə gətirib.  

 

Sammitin keçirildiyi müddətdə ABŞ Prezidenti Donald Trampla da görüşən Makron ABŞ-İran münasibətlərindəki problemlərin həll yolunu tapmağın vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, ötən il ABŞ İranın da olduğu nüvə razışlamasından çıxıb. Buna cavab olaraq İran da üzərinə götürdüyü öhdəlikləri təxirə saldığını bildirib.

Müəllif: Ayna.az      29 İyun 2019 17:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar