Ermənistanla sərhəddə yeni hərbi hissə yaradıldı

Ermənistanla sərhəddə yeni hərbi hissə yaradıldı

Beş hektar ərazidə yerləşən hərbi hissədə xidmətin yüksək sə­viyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şə­rait yara­dıl­ıb

 

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində yeni hərbi hissə kompleksi istifadəyə verilib. AYNA Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə iyun ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sər­həd dəs­təsinin xidməti ərazisində yerləşən kompleksin təntənəli açılışı olub.  

 

5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min m2 sahədə inşaat işləri aparıl­mış, xidməti-döyüş fəaliyyətinin yüksək sə­viyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şə­rait yara­dıl­ıb. Yeni hərbi hissədə qərargah və ida­rəetmə böl­mələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çuların kazarma bi­naları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mən­zil, tibb mən­təqəsi, tex­niki təyinatlı bina­lar, su anbarı inşa olunub.

Müəllif: Ayna.az      29 İyun 2019 14:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar