Mingəçevirdəki partlayışın şahidləri: “Dərhal xəbərdarlıq gəldi ki, ərazini boşaldın” - FOTO

Mingəçevirdəki partlayışın şahidləri: “Dərhal xəbərdarlıq gəldi ki, ərazini boşaldın” -       FOTO

“Hadisənin şokundan həyacanlananlar oldu. Bir neçə nəfər işçinin halı pisləşdi”

 

Xəbər verdiyimiz kimi, Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) yenidən problem yaranıb. Hadisə şahidlərinin və stansiya işçilərinin AYNA-ya verdikləri məlumata görə, stansiyanın transformatorunda yanğın hadisəsi baş verib.

Stansiyanın işçiləri bildiriblər ki, hadisə zamanı əraziyə yanğınsöndürmə briqadası cəlb edilib və yanğın qısa zamanda söndürülüb: “Hadisə baş verən kimi bizi ərazidən uzaqlaşdırdılar. Güclü partlayış olmasa da, dərhal xəbərdarlıq oldu ki, ərazi boşaldılsın”.

 

“Hadisənin şokundan həyacanlananlar oldu. Bir neçə nəfər işçinin halı pisləşdi. Hadisə yerinə təcili tibbi yardım briqadası gəldi” – deyə işçilər bildiriblər.

 

Hadisə zamanı yanıq xəsarəti alan olmayıb. Amma hadisənin şokundan təyziqi yüksələn, həyacandan halı pisləşənlər olub. Onlara da ilkin tibbi yardım göstərilib. Hazırda ərazidə araşdırma aparılır.

Qeyd edək ki, baş verən hadisə ilə bağlı “Azərenerji”nin mətbuat katibi Teymur Abdullayev açıqlama verib. İ bildirib ki, bu gün Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında (İES) bir transformatorda nasazlıq yaranıb: “Nasazlıq dərhal aradan qaldırılıb. Respublikanın enerji təchizatında heç bir problem yaranmayıb”.

Müəllif: Ayna.az      29 İyun 2019 14:00
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar