Sabirabadda ağır yol qəzası: Ölən və yaralananlar var

Sabirabadda ağır yol qəzası: Ölən və yaralananlar var

Qəzaya düşənlər bir ailənin üzvü olublar

 

Sabirabad rayonunda  ağır yol qəzası baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Bəhramtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“VAZ-2107” markalı avtomobillə "Daewoo Nexia” markalı avtomobilin toqquşması nəticəsində  1944-cü il təvəllüdlü Bakı şəhər sakini İbadov Sücəddin Alış oğlu hadisə yerində ölüb, 4 nəfər  isə müxtəlif xəsarətlər alıb. Yaralılar Bakı şəhər sakinləri, 1973-cü il təvəllüdlü Samir Sücəddin oğlu İbadov, 1981-ci il təvəllüdlü Vəsilə Sabir qızı İbadova, 70 yaşlı Səyyad İbadov Sabirabad xəstəxanasına, Saatlı rayonunun Qırağlı kənd sakini 1990-cı il təvəllüdlü Əzizov Müşfiq Əlikərəm oğlu isə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləri olublar. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      29 İyun 2019 11:09
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar