Şimal-qərb bölgəsində vahimə: Vəhşi heyvan insanları parçalayıb

Şimal-qərb bölgəsində vahimə: Vəhşi heyvan insanları parçalayıb

Yaralılara quduzluq əleyhinə peyvənd vurulub və nəzarətdə saxlanılırlar

 

Oğuz rayonunda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.

 

Canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə ikisi uşaq olmaqla, 4 nəfər Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralılardan birinin sifət nahiyəsində xəsarətlər ciddi olduğundan vəziyyəti ağır qiymətləndirilir.

 

Canavarın xəsarət yetirdiyi şəxslərin adları da məlum olub. Onlar Xaçmaz kəndinin sakinləri olan 15 yaşlı Namiq Bəkirov, 15 yaşlı Tural Məmmədnəbili, 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovadır.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, 15 yaşlı Namiq Bəkirova başın, üst dodağın, boyunun və başın arxa səthinin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.

 

15 yaşlı Tural Məmmədnəbiliyə sol əlin bazu nahiyəsinin, sol ayağın və budun canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-stabildir. 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovaya sol və sağ əlin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyətləri kafidir.

 

Yaralılara quduzluq əleyhinə peyvənd vurulub və nəzarətdə saxlanılır.

Müəllif: Ayna.az      28 İyun 2019 20:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar