Qadağan edilmiş əraziyə daxil olan gənc faciə ilə üzləşib

Qadağan edilmiş əraziyə daxil olan gənc faciə ilə üzləşib

Hadisə Almaniyanın Şimali Reyn-Vestifaliya ərazisində baş verib

 

Almaniyada gənclərin əyləncəsi faciə ilə yekunlaşıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Almaniyanın Şimali Reyn-Vestifaliya ərazisində baş verib.

 

Bir neçə gənc hərbçi istirahət üçün göl ətrafına gəlib. Göldə çimmək qadağan edildiyi halda, hərbçilər gölün üzərinə əyilmiş ağaca dırmanaraq, ağacın qalın saçaqları ilə əylənməyə başlayıblar.

 

Növbə 24 yaşlı hərbçiyə çatıb. O gölə tullanan zaman qolu saçağa dolaşıb və qopub. Qolu qopan gənc gölə düşüb.

 

Gənci yoldaşları göldən çıxararaq xəstəxanaya aparıblar. Həkimlər oğlanın həyatı üçün təhlükə olmadığını deyiblər. Onun kəsilmiş qolu da göldən çıxarılaraq həkimlərə təhvil verilib. Qolun yerinə bərpa edilib-edilməyəcəyi həkimlərin rəyindən sonra bəlli olacaq.

Müəllif: Ayna.az      28 İyun 2019 22:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar