Ölkə əhalisinə 29-30 iyun xəbərdarlığı

Ölkə əhalisinə 29-30 iyun xəbərdarlığı

Yağış yağacağı, leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

 

Azərbaycanda istirahət günlərinə gözlənilən hava şəraiti açıqlanıb. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, Böyük və Kiçik Qafqazda hava şəraitinin yağışlı olacağı gözlənilir.

 

Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda  19-24 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsində iyunun29-da hava yağmursuz keçsə də, iyunun 30-da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında fasilələrlə yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da əsasən axşam saatlarındayağış yağacaq. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.

 

Bakıda və Abşeron yarımadasında iyunun 29-u gündüz saatlarından arabir güclənən şimal-qərb küləyinin iyunun 30-da daha da güclü olacağı gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.

Müəllif: Ayna.az      28 İyun 2019 18:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar