Hacı Əliyev: “Vladimir Xinceqaşvili mənə bir neçə dəfə qalib gəlib”

Hacı Əliyev: “Vladimir Xinceqaşvili mənə bir neçə dəfə qalib gəlib”

Güləşçimiz həlledici görüşdə rəqibini 4:0 üstələyərək qızıl medala sahib olub

 

Azərbaycan güləşçisi Hacı Əliyev bu gün “Minsk 2019” II Avropa Oyunlarında qızıl medal uğrunda həlledici görüşə çıxıb. AYNA xəbər verir ki, 65 kilo çəki dərəcəsində mübarizə aparan idmançımız gürcü rəqibi Vladimir Xinceqaşvili ilə mübarizə aparıb.

 

İdmançımız bu mərhələyədək Valodya Franqulyan (Ermənistan), George Koliyev (Belarus) və Xor Oqannesyana (Ukrayna) qalib gəlib. Hacı Əliyev həlledici görüşdə rəqibini 4:0 üstələyərək qızıl medala sahib olub.

 

Qızıl medal mükafatçısı açıqlama verərək bu sözləri deyib: “Mən qələbə qazandığım üçün çox sevincliyəm. Vladimir Xinceqaşvili mənə bir neçə dəfə qalib gəlib. Ona görə də ona qalib gəlməli idim”.

Müəllif: Ayna.az      28 İyun 2019 15:44
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar