Əli Kərimli sərbəst buraxıldı: "Səhv başa düşüblər"

Əli Kərimli sərbəst buraxıldı: "Səhv başa düşüblər"

AXCP sədri Əli Kərimli buraxılıb

 

Bu gün polis tərəfindən saxlanılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sərbəst buraxılıb.

 

AYNA xəbər verir ki, sərbəst buraxılan partiya sədri jurnalistlərə hadisə ilə bağlı geniş məlumat verib: "Heç bir narahatçılığa əsas yoxdur. Hüquq mühafizə orqanlarımız səhv başa düşüblər, xeyriyyə marafonu ilə yürüşü qarışdırıblar".

 

"Başı Şəhər prokurorunun müavini, Binəqədi Rayon prokuroru, Binəqədi Rayon Polis İdarəsinin rəisi tərəfindən mənə xəbərdarlıq olundu. Mən də izah etdim ki, biz heç bir qanun pozuntusuna yol verməmişik. Qanunsuz cərimələnmiş adamlara xeyriyyə marafonu keçirmişik. Biz yürüş keçirəndə əvvəlcədən bəyan edirik. Ona görə xəbərdarlığı da qanunsuz hesab edirik” – deyə AXC sədri bildirib.

 

Qeyd edək ki, bu gün Müsavat Partiyasının qərargahında keçirilən “Həmrəylik marafonu”na qatılan Ə.Kərimli bir neçə tərəfdarı ilə birlikdə polis əməkdaşları tərəfindən Binəqədi Rayon Polis İdarəsinə aparılmışdı. 

Müəllif: Ayna.az      28 İyun 2019 15:20
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar