Paytaxt sakinlərinə xoş xəbər

Paytaxt sakinlərinə xoş xəbər

Anomal isti hava şəraitindən sonra Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperatur 5-10 dərəcə aşağı enəcək

 

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

 

Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında  gecə 20-25, günün birinci yarısında 35-37, günün ikinci yarısında 30-33, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət  gecə 60-70, gündüz 30-35 faiz olacaq.  

 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da sabah hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz  22-27 dərəcə  isti təşkil edəcək

 

Tibbi-meteoroloji proqnoza gəlincə: Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyunun 29-u axşamdan iyulun 2-si gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişlidir.

Müəllif: Ayna.az      28 İyun 2019 14:11
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar