Hərbçilərimiz xarici ölkədə keçiriləcək hərbi parada qatılacaqlar

Hərbçilərimiz xarici ölkədə keçiriləcək hərbi parada qatılacaqlar

Hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar

 

Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin, həmçinin Çin Xalq Azadlıq Ordusunun parad heyətləri də iştirak edəcək.

Müəllif: Ayna.az      28 İyun 2019 11:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar