Birinci vitse-prezident və vitse-prezidentlərlə bağlı sərəncam

Birinci vitse-prezident və vitse-prezidentlərlə bağlı sərəncam

“Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişiklik edilib

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 208; 2009, № 2, maddə 66; 2016, № 6, maddə 1090; 2017, № 9, maddə 1699; 2018, № 7 (II kitab), maddə 1516) ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nın 4-cü hissəsinə, habelə “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinə “Azərbaycan Respublikası Prezidentinin” sözlərindən sonra “, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin” sözləri əlavə edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

Müəllif: Ayna.az      27 İyun 2019 20:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar