"Dağlıq Qarabağda antiterror əməliyyatları başlaya bilər"

"Dağlıq Qarabağda antiterror əməliyyatları başlaya bilər"

"Azərbaycan üçün real təhlükə, əsasən iki məsələdədir"

 

Gürcüstanda baş verən hadisələr həm Azərbaycanda, həm də Gürcüstanda yaşayan azərbaycanlıların narahatlığını durmadan artırır və müxtəlif suallar doğurur. Narahatlıqlar, təbii ki, başadüşüləndir. Suallar isə ondan ibarətdir ki, etirazçılar öz məqsədlərinə çata biləcəklərmi, iğtişaşların sonu necə bitəcək? Həmçinin hansı sonluq Azərbaycanın və azərbaycanlıların xeyrinədir?

 

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli AYNA-ya açıqlamasında Cənub Qafqaz regionunda baş verənlərə aydınlıq gətirib. Bildirib ki, Rusiya ilə Gürcüstan arasında yaşananlar ötən əsrin ikinci yarısında baş verən "soyuq müharibə"dən bir misalı xatırladır.

 

“Qərb SSRİ-yə qarşı bütün silahlarını, o cümlədən din amilini də işə salmşdı. Hətta polşalı din xadimini Roma papası seçməyə qədər irəli getmişdilər. Bu mesajı verməklə ateist SSRİ-nin dindar kəsiminə həmrəylik təşəbbüsü nümayiş etdirirdilər. Nəticədə Qərb strateqləri SSRİ-dəki dindarları dövlətə qarşı qoymağı bacardılar, eyni zamanda slavyan şəxsin papa olması ilə bu dindarları Roma cəbhəsinə bağlaya bildilər. KQB də bunun əvəzini Fransa kəşfiyyatı ilə birləşərək İslam inqilabı – Xomeyni layihəsi ilə ödətdi” - ekspert vurğulayıb.

Картинки по запросу əziz əlibəyli

Siyasi şərhçinin sözlərinə görə, bu gün Gürcüstanda da həmin olaylar yaşanır: “Güclənən Putin aqressorluğunun fonunda din faktoru yenidən işə salınıb. Ukrayna Patriarxlığı Moskvadan ayrıldı, özünü müstəqil elan etdi. Bu gün o prosesi gürcü kilsəsi də reallaşdırmağa çalışır. Rəsmi Moskva kilsələrin dövlətə təsirini və nüfuzunu yaxşı bilir deyə, narahatdır. İndi Gürcüstanın da oxşar addım atması Rusiyadan daha da ayrılmasını şərtləndirəcək. Baş verənlər onun təzahürüdür. Çünki siyasi atmosferdə Qərb nüfuzu olsa da, real əməkdaşlıq Rusiya ilə daha optimaldır. Qərbin əlində o zaman yeganə amil olaraq din faktoru dayanır”.

 

Müsahibimiz hadisələrin nəticələri ilə bağlı ehtimallarını da bölüşüb: “Son günlər Avropa ölkələrinin Rusiyaya yönəlik güzəştli addımları göstərir ki, Ukrayna da, Gürcüstan da Rusiya qarşısında yavaş-yavaş tərk edilir. Burada Trampa – ABŞ hegemoniyasına qarşı dirənmək istəyən Avropa İttifaqı ölkələrinin öz maraqları xüsusi rol oynayır. Rusiya bu məsələdə çox irəli gedəcək. Güman ki, Gürcütanı da iradəsinə tabe etdirəcək”.

 

Ə.Əlibəyli hadisələrin Azərbaycana təsirindən də danışıb: “Azərbaycan üçün real təhlükə, əsasən iki məsələdədir. Uzun müddətdir Dağlıq Qarabağda və Dağıstanda radikal dindarlar üçün münbit şərait yaradılıb. Bir müddət sonra bu iki ərazidə antiterror əməliyyatları başlaya bilər. Onların varlığı bizi də təhdid edir. Digəri isə Gürcüstanda yaşayan, amma aktiv siyasi fəaliyyəti olmayan soydaşlarımızın taleyidir”.

 

“Bizim öz problemlərimiz var: Azərbaycana yalnız və yalnız sabitlik sərf edir. Əks halda, Gürcüstanda yaşanan istənilən neqativ hadisə bizim üçün hansısa uğur vəd etmir” – deyə beynəlxalq münasibətlər üzrə şərhçi vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan      28 İyun 2019 14:50
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar