Müsəlman ölkəsi qarışdı: Ölənlər və yaralananlar var

Müsəlman ölkəsi qarışdı:         Ölənlər və yaralananlar var

Teraktlar nəticəsində azı 2 nəfər həlak olub, çox sayda insan da yaralanıb

 

Tunisin paytaxtında ard-arda iki güclü partlayış baş verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə paytaxtın mərkəzində kamikadzelər üzərindəki partlayıcı qurğunu polis avtomobillərinin qarşısında işə salıblar.

 

İkinci partlayış isə Fransanın Tunisdəki səfirliyinin, təxminən 150 metr yaxınlığında qeydə alınıb.

 

Teraktlar nəticəsində azı 2 nəfər həlak olub, çox sayda yaralı var. Tələfatın artacağı istisna edilmir. Hücuma görə məsuliyyəti hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.

 

Qeyd edək ki, bu gün, həmçinin Tunisin Qafsa bölgəsində yerli televizya stansiyasına naməlum şəxslər tərəfindən hücum edilib.

27 İyun 2019 16:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar