Çarəsiz xəstəliyin müalicəsi üçün yeni üsul tapılıb

Çarəsiz xəstəliyin müalicəsi üçün yeni üsul tapılıb

Hələlik siçanlar üzərində təcrübələr davam edir, yaxın zamanlarda könüllü xəstələr üzərində sınaqlar həyata keçiriləcək

 

Honkonqda bir qrup İİV/QİÇS araşdırmaçısı yeni bir müalicə üsulu tapdıqlarını iddia edirlər. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Honkonq Universiteti QİÇS İnstitutunun professoru Çen Ziuey bu yeni metodun siçanlar üzərində işə yaradığını açıqlayıb.

 

Araşdırmaçılar qrup immun virusunun orqanizmdə gizləndiyi hüceyrələrin içinə nüfuz edəcək və virusu məhv edə biləcək antikor kəşf ediblər. Antikorlar insan orqanizminin yad cismlərə qarşı mübarizə üçün hazırladığı xüsusi molekullardır. İnsan orqanizminin təbii antikoru immun virusunu öldürməkdə acizdir.

 

Lakin Honkonq Universitetinin İİV İnstitutunun araşdırmaçı qrupu bu virusu birdəfəlik məhv edə bilən tibbi antikorla QİÇS-in müalicəsinin mümkün ola biləcəyini deyir.

 

Çen Ziuey açıqlamasında onu da bildirib ki, hələlik siçanlar üzərində təcrübələr davam edir: “Yaxın zamanlarda könüllü xəstələr üzərində də sınaqlar həyata keçiriləcək. Təcrübələr uğurlu alınarsa, yaxın 3-5 il ərzində müalicənin tətbiqi geniş vüsət alacaq”.

Müəllif: Ayna.az      28 İyun 2019 09:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar