Türkiyəyə Prezidenti: "ABŞ-a 1.25 milyard dollar ödəmişik, geri tələb edərik"

Türkiyəyə Prezidenti: "ABŞ-a 1.25 milyard dollar ödəmişik, geri tələb edərik"

Trampın iyul ayında Türkiyəyə səfər edəcəyini deyən Ərdoğan "F-35" layihəsi haqqında da danışıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "G-20" sammitində iştirak etmək üçün getdiyi Yaponiyanın Osaka şəhərində bəyanatlar verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan ABŞ Prezidenti Donald Trampın Türkiyəyə gələcəyini açıqlayıb. 


Yaponiyada ölkənin çox oxunan qəzetlərindən "Nikkei"yə xüsusi müsahibə verən Türkiyə Prezidenti bir sıra məsələlərə aydınlıq gətirib. Ərdoğan, ona verilən, "Trampın Türkiyəyə sanksiya tətbiq etməsinə mane ola biləcəksinizmi?" sualına "G-20 sammitində Tramp ilə görüşümüzün ikitərəfli münasibətlərin düyünlərini ortadan qaldırmaqda və tərəfdaşlığımızı gücləndirməkdə əhəmiyyətli olacağına inanıram" - deyə cavab verib. 

 
Trampın iyul ayında Türkiyəyə səfər edəcəyini deyən Ərdoğan "F-35" layihəsi haqqında da danışıb: "Biz indidən "F-35" layihəsi üçün 1.25 milyard dollar vəsait ödəmişik. Əgər belə yanlış bir həmlə etsələr, beynəlxalq məhkəməyə verərik və xərclədiyimiz pulu geri istəyərik".

Müəllif: Ayna.az      27 İyun 2019 12:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar