Ərdoğanla Putin bir araya gələcək

Ərdoğanla Putin bir araya gələcək

Rəcəb Tayyib Ərdoğan 29 iyunda Vladimir Putinlə görüşəcək

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “G 20” sammitində iştirak etmək üçün Yaponiyaya gedib. AYNA “Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Kansai hava limanında Yaponiya Xarici İşlər nazirinin köməkçisi Kenji Yamada və Türkiyənin Yaponiyadakı səfiri Murat Mərcan tərəfindən qarşılanıb.

 

Rus mətbuatının yazdığına görə, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti 29 iyunda görüşəcəklər.

 

Xatırladaq ki, 14-cü “G 20” sammiti Yaponiyanın Osaka şəhərində keçirilir. Dünyanın qabaqcıl ölkələrinin rəhbərləri sammit zamanı müxtəlif görüşlər keçirəcəklər.

Müəllif: Ayna.az      27 İyun 2019 11:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar