Sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər və yaralananlar var - VİDEO

Sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər və yaralananlar var -            VİDEO

Təxminən 40 sərnişininin olduğu təyyarədə 2 pilot həyatını itirib, 22 nəfər isə yaralanıb

 

Rusiya Federasiyasının Buryatiya Respublikasında bir sərnişin təyyarəsinin hava limanına təcili eniş edərkən eniş zolaqdan çıxması nəticəsində iki pilot ölüb, 22 sərnişin yaralanıb.

 

AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki,  Buryatya Respublikasında Nijneanqarskdan Ulan-Udeyə uçmaq üçün Nijneangarsk Hava Limanından qalxan "AN-24" tipli sərnişin təyyarəsi qısa müddət sonra təcili eniş etmək üçün hava limanına qayıdıb.

 
Eniş zamanı eniş zolağından çıxan təyyarə bir binaya dəyərək alovlanıb. Təxminən 40 sərnişininin olduğu təyyarədə 2 pilot həyatını itirib, 22 nəfər isə yaralanıb.


Hadisə ilə bağlı istintaq başlayıb.

Müəllif: Ayna.az      27 İyun 2019 11:05
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar