Həsən Ruhani: "Artıq qərara gəldik ki..."

Həsən Ruhani: "Artıq qərara gəldik ki..."

İran Prezidenti heç bir halda ABŞ-la ikinci dəfə bir masa arxasında oturmayacaqlarını bildirib

 

Fransa Prezidenti Emanuel Makronla telefonda danışan Həsən Ruhani İranın bölgədə müharibə istəmədiyini söyləyib. AYNA xəbər verir ki, Ruhani Fransa ilə münasibətlərinə önəm verdiklərini deyib. 

 

“İran həmişə sülh və əmin-amanlıq istəyir, bunun üçün çalışır. Əgər sözügedən razılaşmanın bütün tərəfləri öhdəliklərini yerinə yetirsəydi, indi bölgədə bu hallar baş verməzdi” - deyə Ruhani bildirib

 

ABŞ-ın birtərəfli nüvə razılaşmasından çıxmağının Avropa və İran xalqlarına təhlükə yaratdığını söyləyən Ruhani Avropa verdiyi sözlərə əməl etmədiyini qeyd edib: “İran razılaşmanın öhdəliklərinə məsuliyyətlə yanaşdığı üçün razılaşmadan çıxmır. Ancaq Avropa ölkələri verdiyi sözlərə əməl etmir. Buna görə də biz bu razılaşmanın 26-cı və 36-cı bəndlərini əsas alaraq üstümüzə düşən öhdəlikləri dayandırmaq qərarı almışıq”.

Müəllif: Ayna.az      26 İyun 2019 19:00
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar