Bakının bu hissəsini alov cənginə alıb

Bakının bu hissəsini alov cənginə alıb

Zığ şossesində yanğın baş verib

 

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verib. 

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, bu barədə Nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. 

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. 

 

Ərazidə yaşayan vətəndaşlar AYNA-ya bildiriblər ki, yanğın C.Naxçıvanski adına hərbi məktəbin yaxınlığında, Narkoloji Dispanserin köhnə binasının yerləşdiyi ərazidə baş verib. 

 

Hazırda yanğınsöndürmə briqadaları tərəfindən ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Müəllif: Ayna.az      26 İyun 2019 14:15
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar