Planşet 11 yaşlı uşağın yanında partlayıb

Planşet 11 yaşlı uşağın yanında partlayıb

Ekspertlər elektronik avadanlıqların saatlarla enerji yığmasının ölümcül fəsadlarından qorunmağa çağırırlar

 

Texnologiyanın sürətli inkişafı nəticəsində mobil telefonlar, planşetlər, noutbuklar gün ərzində saatlarla məşğuliyyətimizə çevrilib. Bəzən bu cihazlarda yaranan texniki nasazlıqlar bir çox insanların fiziki xəsarət almalarına da yol açır.

 

Britaniyanın Börnvud qəsəbəsində də belə bir hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qəsəbədə yaşayan 11 yaşlı Kallum Heukin adlı uşaq planşeti ilə oynadıqdan sonra onu enerji yığması üçün elektrik cərayanına qoşub.

 

Planşet, batareyasının həddindən artıq qızdığına görə partlayıb. Təsadüf nəticəsində uşaq xəsarət almayıb. Uşağın valideynləri məsələ ilə bağlı araşdırma başladacaqlarını deyiblər.

 

Ekspertlər elektronik avadanlıqların saatlarla enerji yığmasının ölümcül fəsadları ola biləcəyini deyirlər. Uşaqlara, mobil telefonlar, planşetlər və ya noutbukları cərəyana qoşulu olduğu halda, oynamağı qadağan etməyi tövsiyyə edirlər.

Müəllif: Ayna.az      26 İyun 2019 23:55
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar