Ata bağlanılaraq sürüdülən qadınla bağlı rəsmi məlumat

Ata bağlanılaraq sürüdülən qadınla bağlı rəsmi məlumat

Qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına aparılıb

 

Goranboy rayonunda ata bağlanaraq sürüdülən 35 yaşlı Sahilə Məzahir qızı Ələkbərova ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

 

AYNA-ya DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Əlirzalı kəndində 1984-cü il təvəllüdlü Sahilə Məzahir qızı Ələkbərova qonşusu olan Fürduz Dəmirova və onun övladları (oğulu və qızı) tərəfindən döyülüb.

 

"Hadisəyə, S.Ələkbərovaya məxsus atın otlayaraq F.Dəmirovanın həyətinə keçməsi səbəb olub. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də qonşular arasında mübahisə yaranıb", - deyə məlumatda bildirilib.

 

Qeyd olunub ki, hər hansı bir ata bağlayaraq sürüdülmə faktı olmayıb: "Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır". 

 

Baş vermiş hadisə ilə bağlı Səhiyyə Nazirliyi də məlumat yayıb. Bildirilib ki, rayonun Xanqərvənd kənd sakini, 35 yaşlı Sahilə Məzahir qızı Ələkbərova sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

"Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Fatkla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb", - deyə qeyd olunub.

Müəllif: Ayna.az      10 Oktyabr 2019 13:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin