Nardaran sakinindən odlu silah götürülüb

Nardaran sakinindən odlu silah götürülüb

Faktla bağlı araşdırma aparılır

 

Nardaran sakinindən odlu silah götürülüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini A.Əzimzadədən “Çifsan” markalı tüfəng aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      10 Oktyabr 2019 12:22
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin