Samux sakinlərinin nəzərinə

Samux sakinlərinin nəzərinə

Rayonun 4 yaşayış məntəqəsinin qaz təminatında fasilələr olacaq

 

Samux rayonunun bəzi yaşayış məntəqələrinin qaz təminatında fasilələr olacaq. AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

Məlumatda bildirilir ki, oktyabrın 10-da saat 10:00-dan işlər başa çatanadək Samux rayonunun 4 yaşayış məntəqəsinin qaz təminatında fasilələr olacaq.

 

Bu müddət ərzində “Samux Əhali” ölçü qovşağından qidalanan qaz xətlərində texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı işlər icra olunacaq.

Müəllif: Ayna.az      10 Oktyabr 2019 10:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin